Just another WordPress.com site

Qaraj filmindən fraqment

Qaraj filmindən fraqment

Lider TV barədə əvvəl tənqidi fikirdə idim, amma indi fikrim dəyişib. Bu telekanal əslində çox yararlı işlə məşquldur. Tabuları sındıraq deyən insanların, bu işə kitab və məqalələr həsr edən yazarların illərlə edə bilmədiyini Lider bir süjetlə edir. Redaktorun cinsi əlaqəsini, yazarın masturbasiya səhnəsini göstərmək, sabah kiminsə tualetdə təbii ehtiyaclarını ödəmə səhnəsini, gigiyenik tamponlarını dəyişmə görüntülərini belə nümayiş etdirə bilər Lider. “СƏКС с Анфисой Чеховой” verilişinin remeyki olan Qızıl pilləni də məhz Lider göstərir. Bir sözlə pornoqrafiyada lider elə LİDER-dir.

Kim düşünürsə ki, beyinləri Muğam və Qarabağla yuyulmuş kütlə bu kadrlara baxandan sonra Liderin rəhbərliyinin yeddi arxa dönənini söymür yanılır. Söyür, amma bir az da tərbiyəsizləşir həmin an. İllərdi hörülən milli mənəvi dəyərlər divarından bir daş da düşür bununla.

Axı Dəngəldürüm kəndinin nobatdan qayıdan ortastatistik sakini nə bilir Azər Əhmədov kimdi, Qan Turalı kim? O heç kadr arxasındakı müxbirin onun beyninə zorla yerləşdirmək istədiyi kontekstin mənasını da başa düşmür axı. O hadisəni görür. Və belə hadisəyə instinktiv cavab verir. Uşaqlarını televizorun qabağınnan qovlasalar da özləri bir daha baxmaq istəyir. Nəticədən isə yaxşı halda övrətləri, pis halda isə iri və xırda malqarası əziyyət çəkir.

Amma bütün bu haqq-hesab mənə Eldar Ryazanovun “Qaraj” filmindəki bir səhnəni yadıma saldı. Orada Bazar müdiri, xanım ayağının müxtəlif hissələrini göstərərək, bu hissələrin bazar qiymətlərini sadalayır.

İndi deyirəm Lider-in bu xoş təşəbbüsünə biz də qoşulaq. Naməhrəm yerlərimizin, intim həyatımızın müxtəlif səhnələrini qiymətləndirib Lider-ə təkliflərlə müraciət edək. Qoy şanlı Azərbaycanımızın əmrə müntəzir əhalisi həzz alsın.

Qorbaçov ya Mübarək?

Qorbaçov ya Mübarək?

İlham Əliyev hakimiyyəti atası Heydər Əliyevdən miras aldıqda, taxtla bərabər bir Qorbaçov fobiyasını da qəbul etmişdi. Böyük imperiyanın dağılmasını rəsmiləşdirən Qorbaçovun hər şeydən əlavə H. Əliyevlə şəxsi qərəzliyi də bu fobiyanın oğul Əliyevin psixologiyasında təmərközləşməsinə səbəb olmuşdu. Qorbaçov kimi olmamaq, onun kimi düşünməmək, onun etdiyini etməmək.

Uğursuz Qorbaçov stereotipinin Əliyevlərin ikinci hakimiyyəti dövründə ana xətt kimi keçdiyini çoxdan müşahidə etmişəm. Bu psixologiya avtoritar rejim qurduqda heç bir ciddi islahata getməməyi ehtiva edir. Yumşalma yolverilməzdir. Azadlıqlar yalnız simvolik olmalıdır. Əks halda kütlələr daha çoxunu istəyir və bu sonda hakimiyyətin itirilməsinə səbəb olur. Məhz bu stereotipin hakimliyi sonucda Azərbaycanda yarı Misir, yarı müasir Rusiya tipli cəmiyyətin qurulmasına səbəb olmuşdur.

Amma ərəb dünyasında baş verən son hadisələr göstərir ki, bu yanaşmanın bir zəif tərəfi var. Belə bir quruluş uzunmüddətli perspektivdə davamlı ola bilmir. Bu yanaşma müasirlikdən çox uzaqdır və deməli əvvəl axır məhvə məhkumdur.

Hazırda Azərbaycanda bərqərar olmuş, əsasını neft pulları və onun korrupsiya və meqa infrastruktur projeləri vasitəsilə leqallaşdırılması strategiyası təşkil edən sistem, yalnız müəyyən dövr üçün uğurlu və təhlükəsiz görünə bilər. Misir, Tunis və hazırda da davam edən Liviya hadisələri göstərdi ki, belə bir sistem əbədi deyil və dağıldıqdan sonra əldə olunmuş sərvətlərin itirilməsilə nəticələnir.

Bu fonda SSRİ-nin ilk və son prezidenti, habelə onun süqutunun müəllifi olan Qorbaçovun imperiya dağıldıqdan sonra nəinki, məsuliyyətə cəlb edilməsi, mülkünün əlindən alınması, hətta Nobel sülh mükafatıyla təltif olunması, indiyədək liberal düşüncəli insanlar arasında müəyyən hörmətə malik olması Qorbaçov presidentinin Mübarək analoqundan daha uğurlu olduğunu göstərdi.

Unutmaq lazım deyil ki, bütün sərvətlərə sahib olmaq mümkünsüzdür və heç bir hakimiyyət əbədi deyil. Əlbəttə Azərbaycanda formalaşmış bu günki sistemin hər hansı bir şəkildə ciddi islah olunma şansları yoxdur düşüncəsindəyəm. Amma normal şəkildə cəmiyyəti hakimiyyətin sivil yolla ötürülməsinə hazırlamaq və bunu həyata keçirmək şanslarının hələ də qaldığına inanmaq istəyirəm.

Bəli bu gün Azərbaycanda xalq inqilabının baş tutması üçün şərait yoxdur. Amma vəziyyət ona doğru gedir. Tez-tələsik təşkil edilmiş anti-korrupsiya kampaniyası isə, hakimiyyətin də bunu başa düşdüyünün işarəsidir.  Günü gündən borudan gələn pullarla varlanan korrupsion-bürokratik sistemi idarə etmək asan məsələ deyil.

Əsas məsələ dahada çox varlanmaq yox, bu zamanadək əldə edilmiş heç də az olmayan sərvətləri qorumaq olarsa, bu ən uğurlu variant olar. Həm cəmiyyət üçün, çünki istənilən inqilab qurbansız olmadığı qədər həm də cəmiyyətin özünü geri atır, həm də hakimiyyət üçün, çünki, çoxa qaçan, azdan da qalar.

Ziyalı bayrağınız mübarək!

Dövlət Bayrağı Meydanın tikintisinə 2007-ci ildə başlanıb, tikinti 3 il davam edib.

Misirdə isə aləm dəyib bir-birinə. Hal bu ki, hələ 1 ay bundan əvvəl Misir hökümdarı Hüsni Mabarəkin də dərdi ya ən uca bayraq, ya da ən ağır halda oğlu Kamal (Qamal) Mübarəkin hakimiyyətə gətirilməsinin detalları ola bilərdi. İndi isə vəziyyət tam başqadır. Hüsnü dayı bütün ailəsini ölkədən köçürüb, cəsarətli kapitan kimi gəmini son tərk etməyə söz verib. Bu Titanik filmindən Kamerondan başqa kim xeyir görüb ki…

2010-cu ilin 1 Sentyabr günü həmin ana dünyanın ən uzun (!) bayrağı kimi Ginnesin rekordlar kitabına düşən Azərbaycan bayrağının və ona bitişik eyniadlı meydanın təntənəli açılışı oldu. 2010-cu ilin 2 Sentyabr tarixində isə hamımız bu bayrağın güclü küləyin təsirindən cırılmasına şahidlik etdik. Rəsmən günahkar külək hesab olundu.

Artiq ikinci həftədir ki, Qahirənin əsas Təhrir meydanında nümayişlər səngimir. Mübarək isə hər iki gündən bir bəyanatla çıxış edir. Amma hər dəfə nümayişçiləri məyus edəcək şəkildə. Deməli xalq – Mübarək çıx get – deyir. Mübarək isə höküməti təzələyir. Camaat – Mübarək rədd ol – deyir. Hüsnü isə daha seçkilərdə namizəd olmayacağam deyir.  Son çıxışından sonra isə 82 yaşlı diktator-marazmatik işə ağır artilleriyanı cəlb edib. Hələ də ona loyallıq göstərən polis və çekistləri mülki paltarlarda at və dəvələrə mindirib xalqın üstünə göndərib ki, gedin onların cavabını verin. Amma Misirlini atla, dəvəylə qorxutmaq alınmayıb. Atlılar tezlilə atsızlaşdırılaraq eşşək balası kimi döyülüblər.

Bakıda isə bu arada iki xəbər yayılıb. Biri başı bəlalı bayrağın bu dəfə dirəyinin əyilməsi və ətraf evlərdən sakinlərin köçürülməsi barədə, digəri isə nəqliyyat nazirinin digər iki nüfuzlu məmurla birgə saxlanmaları barədə. İlk baxışdan məntiqli olsa da ikinci məlumat sonradan təstiqlənmədi, birinci isə həqiqətə oxşayır. Bayraq doğrudan da aşağı salınıb, şahidlər sakinlərin köçürülməsi xəbərini də təstiqləyir. O evin sakini heç olmaq istəməzdim. Hər külək əsəndə qapının məmur tərəfindən döyülməsi perspektivi heç də yaxşı bir şey deyil.

Ən sonda isə indi vəziyyəti rusca olan Misir hökümdarının övrəti Suzanna Mübarəkin musiqisinin müəllifi, yerli müğənnı Tünzalə Ağayevanın ifa etdiyi, bizim birinci ledinin isə heç özüm də bilmirəm hansı səbəbdən bu projedə iştirak etdiyi bir gözəl klipi Sizə təqdim edirəm. Musiqi belə adlanır: BUILDING OUR PEACE…

Bakı-Tiflis-Bakı

Gərgin Saakaşvili

Yüksək gərginlikli Saakaşvili

Gürcüstandan gəlirəm. Saakaşvilidən yaman narazıdırlar gürcülər. Deyirlər əvvəllər daha səmimi idi. Korteci gedəndə yolu bağlamırdılar, tez-tez ictimai yerlərdə görünərdi, adi restoranlarda şam edərdi. İndi isə harınlayıb.

Bir transformator qutusunun üstünə Mişanın tok vurmuş şəklini də yapışdırmışdılar. Qısası pisləyirdilər onu həmvətənləri yaman.

Sual verməyə başladım.

Soruşuram ki, bəs korrupsiya necə var?

Həmsöhbətim Tina dedi ki, aşağılarda yoxdu. Çəkilib yuxarılara. Yəni ən yüksək səviyyəli məmurlar – nazirlər, prezident səviyyəsində var.

Deyirəm, görmüsünüz nazirin rüşvət almasını?

Deyir, yox, amma bunu hamı bilir.

Deyirəm, bəs həkim, polis, məmur rüşvət alır?

Deyir, sən nə danışırsan? Qətiyyən. Məişət səviyyəsində rüşvət demək olar ki, yox səviyyəsindədir, amma yuxarılarda var. Hamı deyir bunu.

Bir də deyirlər ki, Saakaşvili indi yeni kələk fikirləşir. Gürcüstanın parlament respublikasına çevrilməsi barədə qanun təklif eləmək istəyir parlamentə. Bu yolla da baş nazir kimi daha bir srok qalmaq niyyəti var.

Bütün bunları eşidəndən sonra bir sual verdim yeni tanış olduğum gürcü dostlarıma:

“Əgər belə bir imkan olsaydı, prezidentlərimizi dəyişməyə razı olardınız?”

Daş atıb başlarını tutdular ki, nə danışırsan, əlbəttə yox.

Dedim, bəs iki dənə bizimkinə bir sizinkini verərsiz?

Dedilər çox sağ ol, amma sizinkinin beşi də lazım deyil. Əlbəttə bizim çox problemlərimiz var, amma sizinkilərlə müqayisə oluna bilməz. Şevardnadzenin vaxtında hara gedirdin rüşvətsiz bir işin keçmirdi, oğurluq, quldurluq baş alıb gedirdi…

Gürcüstana gedəndə bir qohumum Saakaşviliyə salam deyərsən demişdi. Mən də cavab vermişdim ki, görsəm deyərəm. Saakaşvilini görmədim, amma polislərin bizə şəhərdə ən dəqiq bələdçilik etdiklərini, hətta telefonumuza gürcü konturlarını yükləməkdə kömək etmələrini, avtobusda azyaşlı, ucasəsli dispetçer yerinə balaca komposter cihazını, hər yerdə rəqəmsallaşdırılmış ödəniş sistemlərini gördüm.

Mən də prezidentimi yalnız korteci gedərkən yolu bağlatdırdığına, yalnız yuxarı səviyyədə rüşvətə və Azərbaycanı parlament respublikasına çevirib, daha bir srok baş nazir kimi vəzifədə qalmaq niyyətinə görə qınamaq istəyirəm.

Дорогие мои «москвичи» и гости нашего города, я обращаюсь к вам с просьбой не судить строго нас грешников за то ,что так нескромно отзываемся о русскоязычных соотечественниках. Упаси Боже. Мы не ксенофобы и уж тем более не националисты. Мы вовсе не против Русской культуры, искусства или языка. Мы и Булгакова читали и Тургенева. Только вот Гоголь Николай Васильевич  заставил нас задуматься.

Чичиков, ох уж этот Чичиков… Как же он мог бы расширить свое хозяйство, живи в наше время и в нашей стране… Ему для этого даже не пришлось бы изучать Азербайджанский язык. Мертвые, скажу больше, мертвейшие души (потому как продолжают мертветь и дурно пахнуть трупным запахом все больше с каждым днем)  изрядно омрачают и без того плачевную картину нашего общества. Отличительной чертой оных является,  впрочeм,  не столько их русскоязычность, сколько гордыня и  непонятный лично мне постоянный экстаз от принадлежности к русской культуре и языку.

Дорогие мои, любимые вы не можете с фамилией Мамедов или Акберов , обитая в Азербайджане, стать частью не только русской культуры, но даже так называемого русского гламура. И притупляющие сеансы ДОМ2 и Comedy предназначены не для Вас. Для нас с вами есть местные Эльзы а для самых искушенных Шукюровы и Дадашовы… И если с легкой руки властей, запретивших вещание ОРТ и РТР , Вы открыли для себя неизведанный  доселе мир ТНТ и СТС, так не воспринимайте это так серьезно. Ибо следуя за гуру Собчак и Тимати, вы не так уж сильно отличаетесь от тех же ляляпусиков (по вашему чушек) цитирующих тексты песен  элит-старов и примадонн (имеется в виду местное производство фабрики «Примадонна ЛТД»). С чего это вы вообразили себе, что являетесь вымирающей расой? Кто на вас покушался? Может вы протестовали и за это лишались свободы? Может  орудует какой то маньяк-пантуркист, который по одному находит вас и истребляет?  Если так , то прямо скажите, я с искренностью приму вашу сторону и всячески посодействую  поиску  подлеца.

Поймите друзья и не обижайтесь когда говорят что вы трусы, конформисты и лицемеры , и, дабы отличить вас от иных собратьев по жизненному кредо , клеймят русскоязычными. Не потому что вы таковы из за свойства русского склонять людей к низким поступкам, а только лишь потому , что вы прикрываетесь именно за щитом этого языка. Хотя даже этим языком многие из вас владеют чуть лучше Эллочки Людоедки. И Эмин Милlee и Аднан Гаджизаде и Эйнулла Фатуллаев и покойный Эльмар Гусейнов,  несмотря на приличное владение языком Пушкина, не брезгов али , однако, разговаривать на своем родном. И если уж говорили или писали на русском , то делали это грамотнo, и  что самое главное, достойно. Так что за ними вам прятаться тоже не следует. Они вас не поймут, уж поверьте.

Да и что за дурная привычка у вас постоянно за чем -то прятаться и выжидать удобного момента, приспосабливаясь к окружающей среде.  Да не бойтесь вы так. Ни кто вас не съест. Будьте  смелее. Нас же не едят… Неужели вам так сладок вкус падaли? Если так, то извиняйте. Продолжайте придерживаться этого рациона, только вот выпендриваться не надо. Лев и шакал оба плотоядные. Только последние питаются отбросами от пира первых…

Həmişə Sizin Mirşahin Ağayev.

Mən Mirşahini başa düşürəm. Səmimi sözümdür. Elə bilirsiz ona asandır belə “Sam sebe rejissor” oyunu oynamaq? Elə bilirsiz xoşdu? Əsla! Heç bir intellektual özüylə belə rəftara şad olmaz.

“Əəə az orda ağıllı, ağıllı danış… camaatın dilində normalnı sujet düzəlt vəssalam…” kimi xitab hələ hələ Mirşahin kimi ambisiyalı adam üçün çox təhqiredicidir… Amma bu işlər belədir Ağayev. Obrazlı desək, sutenyor truppasının yeni “kəpənəyi” ilə əvvəllərdə xoş davranar, nazıyla oynar, amma vaxt keçdikcə, bu kəpənək “dişlərini” göstərdikcə, hədəqəsindən çıxdıqca ağa tərəfdən qapaz yeyib, yerinə oturdulduqdan sonra hörmətdən düşər. Artıq onun lqotları əlindən alınar, əvvəlki kimi VİP müştərilərə yaxın qoyulmaz.

Bilirəm qəlbində “Axı biz belə danışmamışdıq… axı bu mənim miqyasım, mənim səviyyəm deyil… axı mən daha artığını bacararam…” kimi fikirlər istirabında qovrulur Mirşahin. Çünki o oyuna girəndə həqiqətən də hər şey başqa cür idi. Ağalar daha incə oyunları sevərdi, auditoriya daha intellektual idi, bir də yaş da o yaş deyildi. Cavan, laçın vaxtlar idi, itirəcəklər az idi. İndi elə deyil. İndi yeni lqotlar, yeni bəxşişlər, sığallar almaq çabası deyil çaba – olanı qorumaq davasıdır.

Bunun naminə öz müəlliminə də qaranquş demək olar, lap yeri gəlsə interneti də şeytan ixtirası, cəsusluq maşını adlandırmaq.

Bəli artıq yaş o yaş deyil. Peşimançılığın da əcələ faydası yoxdur.

Nə qədər ki, Qarabağ alınmayıb, mən rejimi dəstəkləyəcəyəm, nə qədər ki, UFO-lular gəlməyib dəstəkləyəcəyəm, nə qədər ki, şaxtababanın varlığı sübut olunmayıb, mən bu siyasəti dəstəkləyəcəyəm qalxanının arxasına sığınmaq lazımdır.

Yeri gəlmişkən Yeni iliniz mübarək Mirşahin  – yenilənən təkcə tarixdir…

Bit(ş)ərəflər

Bu ilki seçkidən heç olmamışdı. Bu dərəcədə rəzillik, bisavadlıq, axmaqlıq hələ görməmişdim əvvəlki seçkilərdə.

İki institut qurtarmış (öz sözlərinə görə) birisinin üzündən oxuma qabiliyyətinin olmaması, ambulator müalicə müəssisəsi sözlərini tələffüz edə bilməyən ali təhsilli həkim, kupço, məsələsini həll etmək, Bakıda Qərbi Azərbaycan Devləti yaratmaq istəyən, aktiv ziyalı qadın, monolit və avanqard YAP nümayəndəsi olubda Azərbaycanın birinci xanımı Heydər Əliyev, Unesko və İseskonun xoşməramlı xanımı kimi ifadələrdən istifadə edən qadın, olimpiya sözündə ilişərək vaxtını saxlayan bədən tərbiyəsi müəllimi, Azərbaycan xəritəsini karikaturaya bənzədən adam, Gəncənin prezidenti kimi yeni anlayış gətirən tiplər ilk baxışdan gülməli təəssürat bağışlasa da, mənim bu məsələyə münasibətim bir az fərqlidir.

Mən hesab edirəm ki, bu sadəcə tamamilə iflasa uğramış, misli görünməmiş PR aksiyasının nəticəsidir.

Hələ vaxt var. Debatlar davam edir. Odur ki, indi açıqlayacağım versiyanın təstiqini bundan sonra izləyə bilərsiniz.

Deməli belə.

Sözdə bitərəf namizədlərə tərkibi təqribən eyni olan mətn paylanır. Bu mətnin ilk hissəsi qısa pasport verilənlərinin elanıyla başlayır, sonra isə ilk 2 dəqiqə həsr olunur H və İ Əliyevlərin mədhinə. Növbəti 2 dəqiqə isə müxalifətin tənqidinə, konkret olaraq isə İsa Qəmbərin hansısa müqavilə imzalamasına. Özü də əgər apponent qismində müxalifət nümayəndəsi eyni debatda iştirak edirsə, onun çıxışından sonrakı bit(ş)ərəf çıxışını ona cavaba həsr edir. Amma bu zaman da çox zaman kağızdan oxumağı unutmur. Müraciət müxalifətçiyə olsa da mahiyət üzrə deyil ümumi konsepsiya əsasında olur. Bu yerli polittexnoloqların yeni icadıdır.

Bilmirəm, bəlkə bütün bunları təsadüf adlandırmaq olar. Amma mən təsadüflərə  (xüsusən də siyasətdə) inanmıram. Keçin mənim bu günahımdan.

Qusma refleksi

Günəbaxanın əvəzedici aparıcısı İlqarın səsindən oyandım yuxudan. Verilişdə Vosmoy bazarının yanması nəticəsində 60000 ziyana düşmüş qara paltarlı adam məzlum sifətlə danışırdı…

Eyvana çıxdım. Besedka tikirlər həyətdə. Deputatımız 3 ildir söz verdiyi besedkanı tikmək qərarına gəlib. Pəncərəni bağlayıb geri qayıdıram. Termonun üstündə konvert. Açıram. YAP namizədi Hüseynbala Mirələmovun bukleti və arxası kalendar şəkli…

Facebooka girirəm. Kimsə Texasda tornadanı çəkmiş adam barədə xəbəri like edib…

İyrənirəm…

Qusmağım gəlir…

Konservantlar

Tər xiyar konservi

Ya süftə. Dostların çoxsaylı təkidlərindən sonra başladım rəsmi blog yazmağa. Baxmayaraq ki, bəzi obyektiv və subyektiv səbəblərdən rəsmiyyətə münasibətim o qədər də yaxşı deyil. Sadəcə əvvəlcədən qeyd edim ki, anarxis də deyiləm. Nə isə… mövzu bu deyil.

Danışmaq istədiyim insanlar konservantlardır. Ümumiyyətlə konservantlar yeyinti sənayesində qidanı konservləşdirmək üçün istifadə olunur. Bir çox mütəxəssislər konservantları orqanizm üçün zərərli hesab edirlər. Konservantlar qidanın “ömrünü” uzatsa da yararlı xüsusiyyətlərini azaldır. Məsələn konservləşdirilmiş çiyələyi yemək olar, amma onun tərkibində vitamin axtarırsınızsa özünüzü aldatmayın. Tapmayacaqsınız.

Cəmiyyətimizdə bu xüsusiyyətlərə malik insanlar çoxdur. Konservantlar stabilliyi, ənənəviçiliyi sevirlər. Onların düşüncəsinə görə dədə-babalarımızın bizlər üçün qoyub getdiyi dəyərlər müzakirəolunmaz konstantalardı – Muğam ən dəyərli musiqidir, toy adətləri müqəddəsdir, böyüklər nə deyirsə, qanundur, rəhbər nə edirsə düz edir,  Qabusnamə həyat dərsliyidir, Avropa isə bambılılar ölkəsidir (bəli bəli onların çoxu Avropanın bir ölkə olduğunu zənn edir).

Bu insanlar sidqi ürəkdən inanırlar ki, stabillik inkişafın əsasıdır. Çünkü onlar üçün inkişaf sözünün mənası fərqlidir. Daha doğrusu onlar bu sözün mənasını özləri üçün müəyyənləşdirməyə cəht etməyərək, bu aktın onlara başa salınmasını, əslində isə diktə edilməsini gözləyirlər hər zaman. Axı rəhbər başa salır və o nə deyirsə, düz deyir.

Bu adamları alçaltmaq mümkün deyil.

Liberal dəyərlərdən mühazirə oxuyana konservant sifətində maraq ifadəsilə qulaq asacaq. Amma girəvə tapan kimi əkiləcək bu mühazirədən. Çünki, o özü düşünmək istəmir. Ona hazır modellər lazımdır.

Rəisinin onu söyə söyə məzəmmətləməsi konservanta daha xoşdur. Çünkü o konkret model təklif edir. Konservantlar hazır instruksiyalardan bayılarlar adətən.

Amma bir məsələ var ki, hazır təlimatlara da keyfiyyətli şəkildə riayət edə bilmirlər. Ümumiyyətlə əvvəldə də dediyim kimi konservantlardan keyfiyyət gözləmək lazım deyil. Onlar yalnız statistika üçün lazımdırlar.  Onlar ümumiyyətlə kiməsə lazım olduqları üçün mövcuddurlar.

Ən dəhşətlisi isə budur ki, konservantlar bunun fərqində olduqları halda bu halları ilə razıdırlar.

Konservatlar… Konservantlar…

 

Etiket buludu

%d bloqqer bunu bəyənir: