Lider TV barədə əvvəl tənqidi fikirdə idim, amma indi fikrim dəyişib. Bu telekanal əslində çox yararlı işlə məşquldur. Tabuları sındıraq deyən insanların, bu işə kitab və məqalələr həsr edən yazarların illərlə edə bilmədiyini Lider bir süjetlə edir. Redaktorun cinsi əlaqəsini, yazarın masturbasiya səhnəsini göstərmək, sabah kiminsə tualetdə təbii ehtiyaclarını ödəmə səhnəsini, gigiyenik tamponlarını dəyişmə görüntülərini belə nümayiş etdirə bilər Lider. “СƏКС с Анфисой Чеховой” verilişinin remeyki olan Qızıl pilləni də məhz Lider göstərir. Bir sözlə pornoqrafiyada lider elə LİDER-dir.
Kim düşünürsə ki, beyinləri Muğam və Qarabağla yuyulmuş kütlə bu kadrlara baxandan sonra Liderin rəhbərliyinin yeddi arxa dönənini söymür yanılır. Söyür, amma bir az da tərbiyəsizləşir həmin an. İllərdi hörülən milli mənəvi dəyərlər divarından bir daş da düşür bununla.
Axı Dəngəldürüm kəndinin nobatdan qayıdan ortastatistik sakini nə bilir Azər Əhmədov kimdi, Qan Turalı kim? O heç kadr arxasındakı müxbirin onun beyninə zorla yerləşdirmək istədiyi kontekstin mənasını da başa düşmür axı. O hadisəni görür. Və belə hadisəyə instinktiv cavab verir. Uşaqlarını televizorun qabağınnan qovlasalar da özləri bir daha baxmaq istəyir. Nəticədən isə yaxşı halda övrətləri, pis halda isə iri və xırda malqarası əziyyət çəkir.
Amma bütün bu haqq-hesab mənə Eldar Ryazanovun “Qaraj” filmindəki bir səhnəni yadıma saldı. Orada Bazar müdiri, xanım ayağının müxtəlif hissələrini göstərərək, bu hissələrin bazar qiymətlərini sadalayır.
İndi deyirəm Lider-in bu xoş təşəbbüsünə biz də qoşulaq. Naməhrəm yerlərimizin, intim həyatımızın müxtəlif səhnələrini qiymətləndirib Lider-ə təkliflərlə müraciət edək. Qoy şanlı Azərbaycanımızın əmrə müntəzir əhalisi həzz alsın.










Rəylər